Xəbərlər
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsi, DŞRTİ, DŞRGİ Rayon sektorları və RİH -nin birgə təşkilatçılığı ilə 8 noyabr -Zəfər Günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin oğlanlardan ibarət futbol komandaları arasında final yarışı təşkil edilmişdir.

Yarış başlamazdan əvvəl iştirakçılar torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Gərgin və maraqlı keçən futbol yarışmasında Şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin komandası l, Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin komandası II, Quşencə kənd tam orta ümumtəhsil məktəbin komandası isə III yeri tutmuşlar.
Qalib komandalar ETİHİ Rayon Komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Qalib komandaları təbrik edirik.