“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün ETİHİ İsmayıllı RK-nın ilk təşkilatı olan M.Əzimov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində Müstəqilliyimizin bərpasının 34-cu il dönümü münasibətilə tədbir keçirilmişdir.

17/10/2025, 10:08
xeber1

Bu gün ETİHİ İsmayıllı RK-nın ilk təşkilatı olan M.Əzimov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində Müstəqilliyimizin bərpasının 34-cu il dönümü münasibətilə tədbir keçirilmişdir.


Tədbirdə 1 və 2-ci Qarabağ müharibəsində şəhid olmuş məktəbin məzunlarının ailə üzvləri,ETİHİ İsmayıllı RK-nın sədri Hafiz Kərimov,məktəbin müəllim-şagird kollektivi iştirak etdilər.Ümummilli Lider Heydər Əliyev və müstəqilliyimiz uğurunda həyatını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə çıxış edənlər bildirdilər ki, “Konstitutsiya və Suverenlik ili” çərçivəsində dövlət müstəqilliyimizin bərpasının 34-cü ili Respublikamızda böyük coşqu və qürurla qeyd edilir.44 günlük Vətən müharibəsində başlanılan və sentyabr antiterror əməliyyatında nöqtəsi qoyulan müharibədə torpaqlarımız tamamilə düşmən tapdağından təmizləndi, ölkəmiz azad,müstəqil,suveren bir qalib ölkə oldu.


Ali Baş Komandan İlham Əliyevin müdrik,uzaqgörən siyasəti nəticəsində dövlətimiz uğurla inkişaf edir,dünyanın lider dövlətləri ilə bir sırada addımlayır.Məktəb şagirdlərinin ifa etdiyi “Müstəqilliyimiz əbədi və dönməzdir” adlı ədəbi-bədii kompazisiya iştirakçıların böyük marağına səbəb oldu.


Sonda tədbirin əsas təşkilatçısı,məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mənsurə Ələkbərova yubiley yaşının tamam olması münasibətilə və səmərəli pedaqoji fəaliyyətinə görə ETİHİ Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldı.

#ETİHİ #AHİK #yubileyaş #ismayıllı

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: