“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün görkəmli nasir, dəyərli ziyalı, uzun illər Göygöl rayon Hacıməlik kənd 1 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmiş, hazırda təqaüddə olan Fazil Sənan müəllimlə səmimi görüşümüz oldu.

04/06/2026, 12:22
xeber1

Görüş zamanı müəllimin zəngin yaradıcılıq yolu, ədəbiyyatımıza verdiyi töhfələr və gələcək birgə fəaliyyət imkanları ətrafında maraqlı fikir mübadiləsi apardıq. Qeyd edək ki, Fazil müəllim 30-dan artıq kitabın, o cümlədən 4 məşhur romanın müəllifidir. Onun dərin düşüncəsi, yaradıcılıq enerjisi və zəngin həyat təcrübəsi hər zaman böyük hörmət doğurur.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı bu cür dəyərli təhsil işçilərinin sosial rifahının və istirahətinin təmin olunmasını daim diqqətdə saxlayır, onların əməyinə yüksək qiymət verir.

Fazil müəllimlə keçirdiyimiz səmimi və maraqlı söhbət bizdə çox xoş təəssüratlar yaratdı. Belə ziyalı insanların xidmətində olmaq və onların yanında dayanmaq bizim üçün həm şərəf, həm də böyük məmnunluqdur.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: