“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində tələbə və müəllimlərin birgə ümumi həmkarlar ittifaqı yığıncağı keçirildi.

30/09/2025, 20:44
xeber1

Bu gün İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində tələbə və müəllimlərin birgə ümumi həmkarlar ittifaqı yığıncağı keçirildi. Yığıncağın gündəliyində əsas məsələ : Tələbələrin müraciətinə əsasən Tələbə Həmkarlar İttifaqı Komitəsinin yaradılması, komitənin yeni üzvlərinin və sədrin seçilməsi haqqında iclasa sədrlik edən mərkəzin direktoru Cəlıl Bağırov tərəfindən məlumat verildi.İclasda iştirak edən ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov həmkarlar ittifaqı təşkilatının nizamnaməsi , işə götürən,işçi münasibətləri, kollektiv müqavilənin hazırlanması və şərtlərinin qəbul edilməsi, müəllim və tələbələrin sosial hüquqlarının qorunması, sağlamlığı və iqtisadi vəziyyətinin, əmək şəraitinin yaxşılaşdırılması , asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində həmkarlar ittifaqı təşkilatının müstəsna rolu haqqında ətraflı məlumat verdi.O, həmçinin son dövrdə ETİHİ Respublika Komitəsinin tələbə həmkarlar təşkilatları ilə birgə çoxlu layihələrin həyata keçirdiyini, Nabranda fəailiyyət göstərən "Təhsil istirahət mərkəzi"ndə tələbələrin səmərəli istirahətinin təşkil edilməsi haqqında danışdı.Tələbələri maraqlandıran sualları cavablandıran Komitə sədri yeni tərkibin və komitənin sədrinin seçilməsini təklif etdi. Verilən təkliflər müzakirə olundu və səsvermə ilə 500 nəfərdən çox tələbəni birləşdirən İDPTM - Tələbə Həmkarlar Komitəsinin yeni tərkibi seçildi. Fəallığı ilə fərqlənən, əlaçı II kurs tələbəsi Arzu Nəbiyeva komitənin sədri seçildi. Yeni yaradılmış Həmkarlar İttifaqı təşkilatına uğurlar arzulayır, sədr seçilmiş tələbə Arzu Nəbiyevanı təbrik edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: