“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün İsmayıllı rayonu Heydər Əliyev adına İvanovka kənd tam orta ümumtəhsil məktəbində kadr dəyişikliyi ilə əlaqədar Həmkarlar İttifaqı komitəsinin sədrinin seçikisi ilə bağlı yığıncaq keçirildi.

20/10/2025, 09:51
xeber1

Bu gün İsmayıllı rayonu Heydər Əliyev adına İvanovka kənd tam orta ümumtəhsil məktəbində kadr dəyişikliyi ilə əlaqədar Həmkarlar İttifaqı komitəsinin sədrinin seçikisi ilə bağlı yığıncaq keçirildi.


Yığıncaqda ETİHİ Rayon komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər.ETİHİ Respublika Komitəsinin sədri Araz Pashayevin səmimi salamlarını kollektivə çatdıran Rayon Komitəsi sədri son dövrdə AHİK-in və Respublika Komitəsinin Hİ sahəsində həyata keçirdiyi çoxsaylı layihələr haqqında məlumat verdi.


İşçilərin iş şəraitinin yaxşılaşdırılması ilə əlaqədar hazırda təmirə dayandırılmış məktəbdə yenidən yüksək səviyyədə əsaslı təmir işləri aparan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya təhsil işçiləri adından təşəkkürünü bildirdi.


Məktəbin Hİ komitəsinin əvvəlki sədri Həmidova Səbinənin başqa işə keçməsi ilə əlaqədar ilk təşkilata yeni sədrin seçilməsini təklif etdi.Təkliflər nəzərə alınaraq açıq səs vermə yolu ilə məktəbin qabaqcıl kimya müəllimi Əmrahova Günay məktəb Həmkarlar təşkilatın sədri vəzifəsinə seçildi.


Məktəb Həmkarlar İttifaqı Komitəsinin yığıncağında yeni dərs ilində əmək şəraitinin yaxşılaşdırılmas,ı rus sektorunda kadr çatışmamazlığı və digər problemlərlə bağlı suallara müvafiq münasibət bildirildi.


Sonda məktəbin qabağcıl coğrafiya müəllimi Smirnova Qalina İvanovna yubiley yaşının tamam olması münasibətilə ETİHİ RK-nin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.Yeni seçilmiş sədri və yubilyarı təbrik edirik,işlərində uğurlar arzulayırıq.

#AHİK #ETİHİ #yubileyyaş

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: