“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün Şamaxı rayonunda aprel şəhidimiz Samir Kaçayevin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib.

02/04/2026, 15:59
xeber1

Bu gün Samir Kaçayevin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib.

Şəhidimizin məzarı ETİHİ Şamaxı rayon komitəsinin sədri Fuad Nəsirov, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və Şamaxı rayon Təhsil Sektorunun müdiri Məsud Babayev tərəfindən ziyarət olunub, ruhuna dualar oxunub, onun Vətən uğrunda göstərdiyi igidlik və qəhrəmanlıq minnətdarlıqla xatırlanıb.

Daha sonra şəhidin ailəsi ziyarət edilib, onların qayğıları ilə maraqlanılıb, şəhidimizin əziz xatirəsinin daim uca tutulduğu bildirilib. Görüş zamanı ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların göstərdiyi səbir və vətənpərvərlik yüksək qiymətləndirilib.

Qeyd edək ki, Samir Kaçayev 2016-cı ilin Aprel döyüşləri zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, son nəfəsinə qədər Vətənə sədaqətlə xidmət edib, döyüş meydanında göstərdiyi şücaət ilə silahdaşlarına örnək olub.

Onun adı hər zaman qəlbimizdə yaşayacaq, xatirəsi daim əziz tutulacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: