Xəbərlər
Bu gün İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində texniki işçisi Ələsgərov Ziyad Ayəddin oğlunun 65 illik yubiley tədbiri keçirildi
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində texniki işçi, sürücü Ələsgərov Ziyad Ayəddin oğlunun çalışmanın son yaş həddinə çatması münasibətilə 65 illik yubiley tədbiri keçirildi.
Tədbirdə Eım və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov və kollektiv üzvləri iştirak etdilər. Uzun illər mərkəzdə sürücü işləyən, öz işinin öhdəsindən ləyaqətlə gələn, təvəzəkorluğu və səmimiyyətilə hamının-kollektiv üzvlərinin, həmçinin mərkəzdə təhsil alan tələbələrin hörmətini ,etibarını qazanmış sadə ,zəhmətsevər Ziyad Ələsgərov haqqında qonaqlar və kollektiv üzvləri xoş münasibətini bildirərək onu təbrik etdilər. Sonra yubilyar uzun illər təhsil sahəsində səmərəli fəailiyyətinə və yubiley yaşının tamam olması münasibətilə ETİHİ İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.
Rayonun təhsil ictimaiyyəti adından Ziyad Ələsgərovu çalışmanın son yaş həddinə çatması və yubiley yaşının tamam olması münasibətilə təbrik edirik, ona möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.



