“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün İsmayıllı rayonunun ictimai-mədəni həyatında əlamətdar hadisələrdən biri baş verdi. İlk dəfə nəşr olunan “İsmayıllı” jurnalının təqdimat mərasimi keçirildi.

14/05/2026, 21:52
xeber1

Bu gün İsmayıllı rayonunun ictimai-mədəni həyatında əlamətdar hadisələrdən biri baş verdi. İlk dəfə nəşr olunan “İsmayıllı” jurnalının təqdimat mərasimi keçirildi.


“İsmayıllı” jurnalı rayonumuzun qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, çoxmillətli həyat tərzini, eləcə də geniş turizm potensialını özündə əks etdirən dəyərli nəşrdir. Təbiətin füsunkar gözəlliyi, ekoturizm imkanları, tarixi abidələri və qonaqpərvərliyi ilə seçilən İsmayıllının daha geniş auditoriyaya tanıdılması jurnalın əsas məqsədlərindən biridir.


Bu layihə həm rayonumuzun keçmişini və bu gününü işıqlandırır, həm də gələcəyə uzanan inkişaf yolunu əks etdirir.


Təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkürümü bildirir, jurnalın ərsəyə gəlməsində əməyi olan bütün şəxslərə minnətdarlığımı ifadə edirəm.


İnanıram ki, “İsmayıllı” jurnalı rayonumuzun tanıdılması, turizm imkanlarının təbliği və milli irsimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm mənəvi mənbələrdən biri olacaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: