“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

08/05/2026, 10:47
xeber1

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə Ağcabədi rayon Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Məmmədov Heydər Vüsal oğlu Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyi münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində respublika üzrə III yerə layiq görülüb. Bu uğur məktəbin təhsil sahəsində əldə etdiyi növbəti nailiyyətlərdən biri olmaqla yanaşı, şagirdlərin yüksək hazırlıq səviyyəsinin və vətənpərvərlik ruhunun bariz göstəricisidir.

Müsabiqə gənclərimizin Heydər Əliyev irsini daha yaxından öyrənməsinə, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verir.

Təqdimat mərasimində Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qalib şagirdləri səmimi qəlbdən təbrik edib, onlara gələcək təhsil və həyat yollarında yeni-yeni uğurlar arzulayıb.

ETİHİ Ağcabədi Rayon Komitəsi olaraq Ağcabədi rayon Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Məmmədov Heydər Vüsal oğlunu, məktəbin pedaqoji kollektivini, fənn müəllimini və məktəbin həmkarlar təşkilatının sədri Əmirova Afərim Araz qızını bu yüksək nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: