Xəbərlər
Bu gün Vətən torpaqlarımızın bütövlüyü uğrunda, Şuşanın azad olunmasında canından keçən Şirinov ELMAR Cəbrayıl oğlunun anası Amana xanımın ad günüdür
20/05/2026, 15:01

Bu gün Vətən torpaqlarımızın bütövlüyü uğrunda, Şuşanın azad olunmasında canından keçən Şirinov ELMAR Cəbrayıl oğlunun anası Amana xanımın ad günüdür. Komitəmiz tərəfindən bizlərə əmanət olan Şəhid anasını 7 saylı bağçanın kollektivi və ETİHİ Tovuz Rayon Komitəsi təbrik etdi. Bu ad günündə iştirak etmək bizim üçün böyük qürur və mənəvi borcdur. Amana xanıma can sağlığı arzulayıb, hədiyyə və gül dəstəsi ilə ad gününü təbrik etdik.






