Xəbərlər
Bu gün Yevlax şəhər 8 saylı körpələr evi və uşaq bağçasında olduq
09/04/2025, 12:03

Bu gün Yevlax şəhər 8 saylı körpələr evi və uşaq bağçasında olduq.Kollektivin iştirakı ilə Pedaqoji Şura iclası keçirilib. İclasda ATİAHİ Yevlax Rayon Komitəsi sədri və əməkdaşları iştirak edərək, həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətləri barədə kollektivlə maarifləndirici söhbətlər aparıblar.
İclasda səs vermə yolu bağçanın musiqi rəhbəri Əliyeva Jalə Xəlfə qızı İlk Həmkarlar İttifaqı təşkilatı sədri seçilib.
Jalə müəlliməni təbrik edir və yeni vəzifəsində uğurlar arzu edirik.









