“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Bu ömrü bir nağıl bil” kitabının təqdimat mərasimi keçirilib.

26/05/2026, 20:47
xeber1

Qəbələ şəhəri Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin təqaüddə olan müəllimi Hüseynov Qərib Hüseynin Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Ağasəf oğlu Abdurahmanovun 50 illik yubileyinə həsr olunmuş “Bu ömrü bir nağıl bil” kitabının təqdimat mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələrinin, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazi və müharibə iştirakçılarının, Əfqan Abdurrahmanovun ailə üzvləri, təhsil aldığı və adını daşıdığı məktəblərin müəllim kollektivlərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Qərib Hüseyn müəllifi olduğu “Bu ömrü bir nağıl bil” kitabının ərsəyə gəlmə prosesindən danışaraq Vətən uğrunda canından keçən qəhramanların xatirəsinin yaşadılması baxımından əhəmiyyətini vurğulamışdır.

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1995-1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997-2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2001-2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra ordu sıralarında xidmət etməyə başlayıb. 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan Əfqan Abdurahmanov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 10 oktyabr tarixində Suqovuşan yaxınlığındakı "Qlobus" yüksəkliyi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.

Əfqan Abdurahmanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: