Xəbərlər
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)

Kəlbəcərdə bu gün həyata keçirilən layihələr yalnız tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və həyatın yenidən doğma torpaqlara qaytarılmasını ifadə edir.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Laçın və Kəlbəcər: urbisiddən münaqişədən sonrakı yenidənqurmaya gedən yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib.
Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr sadəcə quruculuq və abadlıq işləri deyil — tarixi ədalətin bərpası, doğma yurdun yenidən nəfəs alması deməkdir. Kəlbəcər artıq yalnız xatirələrdə yaşayan bir torpaq deyil, sürətlə yenidən dirçələn, müasir siması ilə gələcəyə addımlayan bir yurddur. Bu müqəddəs torpaqlarda görülən hər bir iş, çəkilən hər yol, tikilən hər məktəb böyük qayıdışın parlaq göstəricisidir.





