Xəbərlər
Bürünc medal Göyçayda

5–10 may 2026-cı il tarixlərində Fransanın Lion şəhərində uşu idman növü üzrə XX Avropa Çempionatı keçirilmişdir.
Mötəbər beynəlxalq yarışda ölkəmizi və Göyçay rayonunu uğurla təmsil edən 5 nömrəli Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin X sinif şagirdi Mikayılov Nadir yüksək nəticə göstərərək Avropa çempionatının bürünc medalına layiq görülmüşdür.
Gənc idmançımızın qazandığı bu uğur həm təhsil aldığı məktəb, həm də Göyçay rayonunun idman ictimaiyyəti üçün böyük qürur mənbəyidir. Nadirin əzmkarlığı, zəhməti və Azərbaycan bayrağını beynəlxalq arenada yüksəklərə qaldırması xüsusi rəğbətlə qarşılanmışdır.
Bu nailiyyətdə əməyi olan müəllimlərinə, məşqçilərinə və valideynlərinə təşəkkürümüzü bildiririk. Gənclərin inkişafına göstərilən diqqət və dəstək onların beynəlxalq yarışlarda uğur qazanmasına mühüm töhfə verir.
Mikayılov Nadiri ürəkdən təbrik edir, gələcək yarışlarda ona daha böyük uğurlar, yeni qələbələr və daim zirvələr arzulayırıq!






