Xəbərlər
Çahar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ rayonuna gəzinti turu təşkil olunmuşdur.
24/05/2026, 01:23

17 may 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İmişli Rayon Komitəsinin təşkilatçılığı ilə Canəli Nəsirov adına Çahar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ rayonuna gəzinti turu təşkil olunmuşdur.
Gəzintinin təşkilində əsas məqsəd təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, kollektiv üzvləri arasında əməkdaşlıq və mehriban münasibətlərin daha da möhkəmləndirilməsi olmuşdur. Qəbələnin füsunkar təbiəti və gözəl mənzərələri iştirakçılarda xoş təəssüratlar yaratmış, səfər kollektivin birlik və həmrəyliyinin güclənməsinə töhfə vermişdir.







