Xəbərlər
Çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirildi.

Bu gün İsmayıllı şəhər N. Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində ömrünün 40 ilindən çoxunu təhsilə sərf etmiş kargüzar işləyən Mitəlova Zeynəb Ədalət qızının çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirildi.
Tədbirdə DŞRTİ Rayon Sektorunun rəhbəri Rəşid Məmmədov, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəbin sabiq direktoru Respublikanın Əməkdar Müəllimi Qalib Bəşirov və kollektiv üzvləri iştirak etdilər.
Çıxış edən natiqlər Zeynəb Mitəlovanın çox zəhmətkeş, məsuliyyətli, işinin öhdəsindən layiqincə gələ bilən, səmimi və qayğıkeş bir təhsil işçisi olduğunu bildirdilər, yubilyar haqqında xoş xatirələrini bölüşdülər.
Doğma kollektivində iş fəailiyyətini şərəflə sona çatdırmasından məmnunluq duyub,xöşbəxt anlar yaşayan qayğıkeş ana , yaxşı təhsil İşçisi ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.
Öz sadəliyi , mehribanlığı və gözəl insani münasibətilə hamının hörmətini qazanmış Zeynəb Mitəlovanı təbrik edirik, ona sağlam ömür, xoş istirahət arzulayırıq.

















