“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Çalışmanın yaş həddinə çatmış bir qrup təhsil işçiləri ilə görüş keçirilib

17/02/2025, 13:02
xeber1

Çalışmanın yaş həddinə çatmış bir qrup təhsil işçiləri ilə görüş keçirilib

- - - - -

Fevralın 17-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) birgə təşkilatçılığı ilə idarənin inzibati binasında çalışmanın yaş həddinə çatmış bir qrup pedaqoji işçi və dövlət qulluqçuları ilə görüş keçirilib. Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov, idarənin bölmə rəhbərləri, həmkarlar ittifaqının rayonlar üzrə rəhbərləri, eləcə də idarə əməkdaşları iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Cavad Cavadov uzun illər təhsil sahəsində göstərdikləri xidmətlərinə görə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və onlara xoş arzularını çatdırıb. Daha sonra tədbir iştirakçıları peşəkar karyeralarında baş vermiş müxtəlif xatirələri bölüşüblər. Tədbirin sonunda idarə və ATİAHİ tərəfindən çalışmanın yaş həddinə çatan təhsil işçilərinə müxtəlif hədiyyələr təqdim olunub

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: