Xəbərlər
Çalışmanın yaş həddinə çatmış ittifaq üzvləri ilə görüş keçirilib.
29/06/2026, 11:01

Çalışmanın yaş həddinə çatmış ,65 yaşı tamam olan ,əmək müqaviləsinə xitam verilmiş Yevlax rayon İ.Salmanov adına Nəmirli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Məmmədova Nazeykə Hüseyn qızı və Ərəbbəsrə kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi Nuriyeva Hökümə Rüfət qızı ilə görüş keçirilib.
Hər iki ittifaq üzvlərinə ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları xoş arzularını bildirib ,Fəxri Fərman və hədiyyələr təqdim edilib.






