“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Çalışmanın yaş həddinə çatmış və əmək müqaviləsinə xitam verilmiş bir qrup pedaqoji işçilərlə görüş keçirilib.

25/06/2026, 12:20
xeber1

Çalışmanın yaş həddinə çatmış və əmək müqaviləsinə xitam verilmiş bir qrup pedaqoji işçilərlə Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbin akt zalında görüş keçirilib.

Tədbirdə ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları , Yevlax Rayonu üzrə Təhsil Sektorunun müdir Namidə Abbasova və 65 illik Yubiley yaşları qeyd edilən ittifaq üzvləri iştirak edib.

Görüş zamanı Yevlax Rayonu üzrə Təhsil Sektorunun müdiri Namidə Abbasova və ETİhİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova yubiley yaşları qeyd edilən ittifaq üzvlərini təbrik edib ,təhsiliin inkişafında müəllimlərin əməyinin,zəhmətinin danılmaz olduğunu bildiriblər. Çıxış edənlər həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən təhsil müəssisələri , təhsil işçiləri və Azərbaycan təhsilinin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini qeyd ediblər. Sonra onlara can sağlığı, xoş istirahətlər və gələcək həyatlarında uğurlar arzulayıblar.

ETİHİ Yevlax Şəhər Komitəsi tərəfindən ittifaq üzvlərinə hədiyyələr və Fəxri Fərmanlar təqdim edilib, xatirə şəkilləri çəkilib.

Sonda Çalışmanın yaş həddinə çatmış ittifaq üzvləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına onlara göstərilən diqqətə ,qayğıya görə öz təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: