Xəbərlər
Camal İbrahimov adına şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində V–VI sinif şagirdlərinin valideynləri və məktəb müəllimləri ilə görüş təşkil edilib.
23/10/2026, 14:54

Ağcabədi rayon Camal İbrahimov adına şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində həmkarlar təşkilatının sədri Gülər Həsənovanın təşkilatçılığı ilə V–VI sinif şagirdlərinin valideynləri və məktəb müəllimləri ilə görüş təşkil edilib.
Görüşün əsas məqsədi şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi, məktəbli formasını geyinməsi, məktəbdaxili davranış qaydalarına əməl etməsi və valideyn-məktəb əməkdaşlığının əhəmiyyəti barədə müzakirələr aparmaq olub.
Şagirdlərin təlim-tərbiyəsində məktəb və valideynlərin birgə fəaliyyətinin vacibliyi vurğulanıb.





