“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Çaxırlı məktəbinin kollektivi Şəki–Qax turunda

01/07/2026, 20:58
xeber1

Çaxırlı kənd D. Məmmədov adına tam orta ümumtəhsil məktəbinin kollektivi məzuniyyətin ilk gününü yaddaqalan ekskursiya ilə qeyd edib. Kollektiv Şəki–Qax bölgəsinə təşkil olunan səfər zamanı ölkəmizin zəngin tarixi, mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olub, maraqlı və xoş anlar yaşayıb.


Səfər iştirakçıları bu gözəl günün yüksək səviyyədə təşkil olunmasına görə ETİHİ Göyçay Rayon Komitəsinə səmimi minnətdarlıqlarını bildiriblər. Belə təşəbbüslər müəllimlərin istirahətinin səmərəli təşkilinə, kollektiv ruhunun möhkəmlənməsinə və xoş ünsiyyət mühitinin formalaşmasına mühüm töhfə verir.


ETİHİ Göyçay Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının mənalı təşkili və onların istirahətinin səmərəli keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: