Xəbərlər
Cəlilabadda iftar süfrəsi təşkil edilib
19/03/2026, 11:00

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsi tərəfindən müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib. Məclisdə şəhid ailələri, qazi və veteran müəllimlər iştirak ediblər.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Məclisdə iştirak edən din xadimləri müqəddəs Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyiblər.





