“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Cəlilabadda təhsil işçilərinin konfransı keçirilib

27/08/2026, 14:36
xeber1

27 avqust 2026-cı il tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində təhsil işçilərinin konfransı keçirilib.

Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov, ETİHİ Cəlilabad rayon komitəsinin sədri Nəbi İskəndərov, təhsil müəssisələrinin direktorları, direktor müavinləri və qabaqcıl müəllimlər iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edənlər yeni 2026–2027-ci tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıblar.

Konfrans öz işini qarşılıqlı müzakirələr şəraitində davam etdirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: