Xəbərlər
Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
26/02/2026, 11:20
Cəlilabad rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilib. Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının, elm və təhsil işçilərinin əməkdaşları və rayon sakinləri iştirak ediblər. Tədbir iştirakçıları Şəhidlər Parkı Abidə Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər.



