“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Cənnət görməy istəyən Qarabağa gəlsin

10/05/2026, 17:38
xeber1

ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən təhsil sahəsində çalışan həmkar üzvlərlə birlikdə Azərbaycanın dilbər guşəsi olan Qarabağa təşkil olunmuş səfər iştirakçılarda böyük sevinc, qürur və məmnunluq hissi yaratdı. Xankəndi və Şuşa şəhərlərinə edilən ziyarət, xüsusilə də Qarabağın tacı sayılan Şuşanın tarixi məkanlarını görmək, hər bir iştirakçı üçün unudulmaz və qürurverici anlarla yadda qaldı.

Hər bir xalqın tarixində xoşbəxt və taleyüklü dövrlər olur. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi isə ümummilli lider Heydər Əliyev ideyalarını uğurla davam etdirən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi qətiyyətli dövlət başçısına sahib olmasıdır. Bu gün Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlarımızı, o cümlədən Qarabağın incisi olan Şuşanı azad şəkildə ziyarət etməsi, məhz Ali Baş Komandanın rəhbərliyi, qəhrəman ordumuzun rəşadəti və şəhidlərimizin müqəddəs qanı hesabına mümkün olmuşdur.

Ağstafa təhsil işçiləri olaraq bu müqəddəs torpaqlarda olmaq, İsa bulağı-nı ziyarət etmək, Xurşidbanu Natəvanın adını daşıyan bulaqdan su içmək, Cıdır düzündə olmaq, Şuşanın əsrarəngiz təbiətini, nur saçan yağışını və insan ruhunu isidən günəşini seyr etmək hər birimiz üçün böyük mənəvi dəyər və qürur mənbəyi oldu. Bu xoşbəxtliyi yaşamaq, Qarabağın azad səmasında sevinc hisslərini bölüşmək dövlətimizin həyata keçirdiyi uzaqgörən siyasətin və qazanılmış möhtəşəm Zəfərin nəticəsidir. Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində Azərbaycan xalqının övladlarının təhsil alması hər bir azərbaycanlı üçün böyük qürur və sevinc mənbəyidir. Vaxtilə işğal altında qalan torpaqlarımızda bu gün Azərbaycan gənclərinin elm və təhsil yolunda addımlaması, doğma Qarabağda tələbə həyatı yaşaması ölkəmizin qüdrətinin, dövlətimizin qələbəsinin və milli birliyimizin ən parlaq göstəricilərindən biridir.

Bu gün Xankəndidə Azərbaycan bayrağı altında fəaliyyət göstərən təhsil ocaqlarında gənclərimizin savadlanması, gələcəyə hazırlanması və dövlətimizə layiqli vətəndaş kimi yetişməsi Qarabağın yenidən dirçəlişinin, inkişafının və əbədi Azərbaycan torpağı olduğunun bariz nümunəsidir. Bu qürurlu mənzərəni bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun şücaəti və şəhidlərimizin müqəddəs canı hesabınadır.

Qarabağda həyatın yenidən canlanması, universitetlərin fəaliyyət göstərməsi, gənclərin öz doğma torpaqlarında təhsil alması Azərbaycanın suverenliyinin və dövlətçilik gücünün ən böyük təcəssümüdür.

Biz, Ağstafa təhsil işçiləri olaraq, ölkəmizə bu sevinci, bütövlüyü, suverenliyi və qələbə qürurunu yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə Ağstafa təhsil həmkarlarına bu unudulmaz səfəri və mənəvi xoşbəxtliyi yaşatdıqlarına görə səmimi təşəkkürümüzü ifadə edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: