Xəbərlər
CƏNUB BÖLGƏSİNDƏ MARAQLI İSTİRAHƏT

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 98 nömrəli uşaq bağçasının ittifaq üzvləri üçün Lənkəran şəhərinə bir günlük gəzinti təşkil edilib.
Səfər çərçivəsində ittifaq üzvləri Azərbaycanın cənub bölgəsinin füsunkar təbiəti, zəngin yaşıllıqları və gözoxşayan mənzərələri ilə yaxından tanış olublar. Lənkəranın özünəməxsus təbiəti, təmiz havası və sakit mühiti iştirakçılarda xoş ovqat yaradıb, onlara gündəlik iş fəaliyyətindən uzaqlaşaraq mənalı istirahət etmək imkanı verib.
Birgə keçirilən səfər zamanı ittifaq üzvləri şəhərin görməli yerlərini ziyarət edib, maraqlı və yaddaqalan anlar yaşayıblar. Səmimi ünsiyyət və xoş söhbətlərlə müşayiət olunan səfər kollektiv üzvləri arasında həmrəyliyin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verib.
Asudə vaxtın səmərəli təşkili məqsədilə həyata keçirilən səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Lənkəranın gözəllikləri ilə tanış olan ittifaq üzvləri səfərdən xoş təəssüratlarla ayrılıblar.
Səfər iştirakçıları Lənkərandan xoş təəssüratlarla ayrılıb, onlar üçün yaradılan bu gözəl istirahət imkanına görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.



