Xəbərlər
Çərəcə kənd tam orta məktəbində yubiley sevinci yaşanıb

Göyçay rayonu Qeys Baxışov adına Çərəcə kənd tam orta ümumtəhsil məktəbində şəhid anası Salmanova Ulduzə Əli qızının, eləcə də məktəbin əməkdaşları Əliyeva Rahilə Məhəmməd qızının və Quliyeva Zahidə Sədrəddin qızının 65 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova iştirak edərək yubilyarları təbrik edib, onlara xoş arzularını çatdırıb.
Qeyd edək ki, Salmanova Ulduzə Əli qızı Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış şəhid Paşa Salmanovun anasıdır. Tədbirdə şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub, Ulduzə xanımın Vətənə bəxş etdiyi qəhrəman övladın xalqımızın qürur mənbəyi olduğu vurğulanıb.
Yubilyarlara ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən təşəkkürnamə, mükafat və gül dəstələri təqdim edilib. Çıxışlarda onların uzunillik fəaliyyəti, cəmiyyətə və təhsil sahəsinə xidmətləri yüksək qiymətləndirilib.
Sonda yubilyarlara möhkəm cansağlığı, ailə səadəti və uzun ömür arzulanıb.













