Xəbərlər
"İçərişəhər: Dadın və Tarixin Yolu"
27/12/2025, 09:52

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Qaradağ Rayon Komitəsinin üzvləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.
Qoşa Qala qapısından və Qapalı Meydana girişlə başlayan ekskursiya səhər yeməyi daha sonra Şirvanşahlar Sarayı, Bəylər məscidi, nahar fasiləsi, Məhəmməd məscidi,Qız Qalasına baxış və çay süfrəsi ətrafında davam edərək yekunlaşıb.
Ekskursiya ETİHİ Qaradağ Rayon Komitəsinin üzvlərinə İçərişəhərin zəngin tarixi irsini, milli-mədəni dəyərlərini və qədim memarlıq ruhunu yerində, əyani şəkildə tanımaq imkanı yaradıb.




















