Xəbərlər
İçərişəhər: Dadın və Tarixin Yolu” adlı ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi-nin dəstəyi ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qəbələ rayon təhsi işçilərindən ibarət bir qrup ittifaq üzvlərinin iştirakı ilə “İçərişəhər: Dadın və Tarixin Yolu” adlı ekskursiya təşkil olunub.
Tədbir iştirakçıları paytaxtın qədim tarixini özündə yaşadan zəngin memarlıq nümunələri ilə yaxından tanış olub, tarixi abidələri ziyarət edərək onların əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər. Ekskursiya zamanı iştirakçılar milli-mədəni irsimizin qorunmasının saxlanılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıblar.
Səmərəli və maarifləndirici xarakter daşıyan bu ekskursiya iştirakçılarda xoş təəssüratlar yaradıb, yadda qalan anlarla zəngin olub. İştirakçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə minnətarlıqlarını bildiriblər.




























