Xəbərlər
"İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu"na ekskursiya
27/04/2026, 15:35
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Cəlilabad rayonu üzrə təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup müəllim "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu"na təşkil olunmuş turda iştirak edib. Ziyarət zamanı müəllimlər paytaxtın qədim tarixi, Şirvanşahlar Sarayı və Qız qalası kimi dünya mədəniyyət irsinədaxil olan abidələrlə yaxından tanış olublar.
Təhsil işçilərinə göstərilən bu diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə Cəlilabad rayon pedaqoji heyəti adından dərin minnətdarlığımızı bildiririk.





