“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

23/05/2026, 16:22
xeber1

ETİHİ Ağstafa Rayon Komitəsi nin ittifaq üzvləri üçün Bakı şəhərinə, qədim tariximizi və milli-mədəni irsimizi özündə yaşadan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunmuşdur. Gəzinti zamanı iştirakçılar İçərişəhərin zəngin tarixi ilə yaxından tanış olmuş, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və digər tarixi-memarlıq abidələrini ziyarət etmişlər. Ekskursiya iştirakçıları üçün yaradılan yüksək şərait, göstərilən diqqət və qayğı hər bir ittifaq üzvü tərəfindən böyük məmnunluqla qarşılanıb. Qeyd olundu ki, bu cür maarifləndirici və yadda qalan gəzintilər həm kollektiv ruhunun möhkəmlənməsinə, həm də üzvlərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.

İttifaq üzvləri çıxışlarında bildirdilər ki, bu səviyyədə təşkil olunan ekskursiyalar onların yaddaşında xüsusi iz buraxmışdır. Onlar belə maraqlı və faydalı tədbirlərin təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərliyinə dərin təşəkkürlərini ifadə etdilər.

Sonda vurğulanmışdır ki, son dövrlərdə həmkarlar ittifaqı sistemində həyata keçirilən yeniliklər, üzvlərə göstərilən diqqət və sosial yönümlü tədbirlərin genişləndirilməsi hər bir ittifaq üzvü tərəfindən yüksək qiymətləndirilir, görülən işlər isə böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: