Xəbərlər
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna maarifləndirici ekskursiya

25 yanvar 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi ilk həmkarlar təşkilatlarının sədrlərinin iştirakı ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna maarifləndirici ekskursiya həyata keçirilmişdir. Tədbir zamanı iştirakçılar Şirvanşahlar Saray Kompleksi, Qız Qalası və İçərişəhərin digər nadir tarixi-memarlıq abidələri barədə ətraflı məlumat əldə etmişlər.
Ekskursiyanın keçirilməsində əsas məqsəd milli-mədəni irsin tanıdılması, eyni zamanda həmkarlar təşkilatları arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi olmuşdur.
Tədbirin sonunda ittifaq üzvləri göstərilən dəstək və diqqətə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri cənab Araz Paşayevə dərin təşəkkürlərini bildirmişlər.
















