“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İçərişəhər ekskursiya

24/12/2025, 11:59
xeber1

23 dekabr 2025 ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə ETİHİ Sabunçu Rayon Komitəsinin əməkdaşları və Komitənin nəzdində olan təşkilatlarda çalışan bir qrup ittifaq üzvü "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya etdilər.Tədbir "İçərişəhərin Gizli İrs Marşurutu-Qapalı Məkanlara Xüsusi Girişlə"marşurutu üzrə başladı.Tur Qoşa Qala divarlarından başlayan qapalı müşahidə meydanı,Şirvanşahlar sarayının yeraltı qatına,Beylər məscidinin minarəsinə və Mühəmməd məscidinin qapalı məkandan ibarət bölməsinə xüsusi girişlə davam etdi.Daha sonra Sıratağlı Dini-Memarlıq Kompleksi və Qız Qalası Muzeyi ziyarət olundu.Tur nahar və çay süfrəsi ilə yekunlaşdı.Tədbirin sonunda iştirakçılar bu gözəl gün üçün yaradılan şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: