Xəbərlər
"İçərişəhər:Dadın və Tarixin Yolu
23/12/2025, 11:40

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə ETİHİ Suraxanı rayon komitəsinin əməkdaşları və rayon daxilində çalışan təhsil müəssisələrinin həmkar sədrləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.
Qoşa Qala qapısından başlayan ekskursiya zamanı iştirakçılar İçərişəhərin qala divarları, qədim ticarət yolları və tarixi abidələri ilə tanış olublar. Eyni zamanda qədim kulinariya ənənələrini əhatə edən qastro-irs proqramı təqdim edilib. Proqram səhər yeməyi, milli nahar və çay mərasimi ilə yekunlaşıb.
Ekskursiya iştirakçıları Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri cənab Araz Paşayeva təşəkkürlərini bildiriblər








