Xəbərlər
İçərişəhərdə Tarixin Nəfəsi: Qədim Daşlar Arasında Sehrli Bir Gün!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin yeni layihəsi çərçivəsində ETİHİ Yasamal Rayon Komitəsi tərəfindən 25 dekabr 2025-ci il tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil edilib.
Ekskursiyada ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvləri və ilk təşkilat sədrləri iştirak ediblər. İştirakçılar İçərişəhərin tarixi-memarlıq abidələri, o cümlədən Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və digər tarixi məkanlar haqqında ətraflı məlumat alıblar. Bələdçi tərəfindən təqdim olunan məlumatlar böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində milli mətbəxə həsr olunmuş ustad dərsi və çay süfrəsi də təşkil olunub. Ekskursiya iştirakçıların asudə vaxtının səmərəli təşkili, milli irsimizin tanıdılması və kollektiv həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.
Bu cür maarifləndirici və mədəni tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

























