Xəbərlər
Cəyirli kənd uşaq bağçası üçün ekskursiya
17/08/2026, 15:31

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Şəki rayon Cəyirli kənd körpələr evi uşaq bağçasının kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub.
Səfər zamanı iştirakçılar Şəkinin əsrarəngiz təbiəti, füsunkar dağ mənzərələri, zəngin yaşıllığı və tarixi-mədəni məkanları ilə yaxından tanış olublar. Gəzinti iştirakçılara həm mənalı istirahət etmək, həm də xoş anlar yaşamaq imkanı yaradıb.
Belə tədbirlər ittifaq üzvləri arasında ünsiyyətin möhkəmlənməsinə, həmrəyliyin güclənməsinə və sağlam istirahət mühitinin formalaşmasına öz töhfəsini verir.



