“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"CODERS Azerbaijan" tədbirinə dəstək olan Azərbaycan Texniki Universiteti tələbələrinə təşəkkürnamə təqdim olunub.

28/01/2026, 09:00
xeber1

“CODERS Azerbaijan” tərəfindən Azərbaycan Texniki Universitetində keçirilmiş tədbirin təşkili prosesində AzTU Tələbə HİK-nin fəal tələbələri könüllü olaraq iştirak etmiş, tədbirin uğurla və səmərəli şəkildə həyata keçirilməsinə dəstək göstərmişdirlər.


Göstərdikləri fəallıq və məsuliyyətli fəaliyyətlərinə görə həmin tələbələrə qurum tərəfindən təşəkkürnamələr təqdim edilmiş, həmçinin hədiyyə kartları verilmişdir.


Bu cür təşəbbüslər tələbələrin təşkilati bacarıqlarının inkişafına, praktiki təcrübə qazanmalarına və ali təhsil müəssisələri ilə təlim mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.

Sosial şəbəkələrdə paylaş: