Xəbərlər
Cunud kənd məktəbi üçün ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin dəstəyi ilə xidmətində olduğu Cunud kənd tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün Oğuz rayonunda ekskursiya təşkil olunub.
Ekskursiya zamanı iştirakçılar Oğuz rayonunun füsunkar təbiəti, zəngin yaşıllıqları, tarixi-mədəni abidələri və görməli-gəzməli məkanları ilə yaxından tanış olublar. Səfər çərçivəsində rayonun turizm potensialı haqqında məlumat verilib, iştirakçılar təbiətin gözəlliklərini seyr edərək xoş və yaddaqalan anlar yaşayıblar.
Qeyd edək ki, bu cür ekskursiyaların təşkili ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə, onların mənəvi istirahətinin təmin olunmasına, kollektiv üzvləri arasında dostluq, həmrəylik və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir.






