Xəbərlər
Dağ Kəsəmən kənd 1 nömrəli körpələr evi–uşaq bağçasında olduq.

Ağstafa rayonunun seçilən məktəbəqədər təhsil müəssisələrindən olan Dağ Kəsəmən
kənd 1 nömrəli körpələr evi–uşaq bağçasında olduq. Kollektivlə keçirilən səmimi görüş hər kəsdə xoş təəssürat yaratdı. Qeyd olundu ki, bağça yüksək standartlara uyğun şəraitdə fəaliyyət göstərir. Böyük kollektivi və çoxsaylı uşaq kontingenti ilə seçilən Dağ Kəsəmən kənd 1 nömrəli körpələr evi–uşaq bağçası rayonun tədbirlərində hər zaman fəallığı ilə fərqlənən müəssisələrdəndir. Kollektiv onlara göstərilən diqqətə və keçirilən görüşə görə dərin minnətdarlığını bildirdi.
Eyni zamanda, Qazax-Tovuz Regional Təhsil Idarəsinin Ağstafa rayonu təhsil sektoruna,
ETİHİ Ağstafa Rayon Komitəsi nə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə olundu.




