“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən “Ən yaxşı təqdimat” müsabiqəsində və Respublika fənn olimpiadalarında yüksək nəticə göstərən şagirdlərlə görüş təşkil olunub.

25/05/2026, 15:20
xeber1

Respublika fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib

-----

Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən “Ən yaxşı təqdimat” müsabiqəsində və Respublika fənn olimpiadalarında yüksək nəticə göstərən şagirdlərlə görüş təşkil olunub.

Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, müdir müavini Rahim Novruzov, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonları üzrə təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitələrinin sədrləri, fənn müəllimləri, qalib şagirdlər, eləcə də müəssisə rəhbərləri iştirak ediblər.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən qalib şagirdlər təbrik olunub, onların gələcək təhsil həyatında uğurlar arzu edilib. Eyni zamanda, şagirdlərin hazırlanmasında xüsusi əməyi olan fənn müəllimlərinə və valideynlərə təşəkkür bildirilib.

Görüşün sonunda Respublika fənn olimpiadalarının iştirakçıları, qalibləri və müəllimlərinə fəxri fərman və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #RFO #QalibŞagirdlər #Görüş

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: