“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Daha bir şərəfli ömrün zirvəsi

25/08/2026, 12:43
xeber1

Şəki rayonu üzrə təhsil sektorunun məsləhətçisi Kəmalə Qaziyevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev və sektorun əməkdaşları iştirak ediblər.


Kəmalə Qaziyeva təhsil sahəsində uzunmüddətli və səmərəli əmək fəaliyyətinə, rayonda təhsilin inkişafında göstərdiyi xidmətlərə və anadan olmasının 65 illik yubileyi münasibətilə fəxri fərman və hədiyyə ilə təltif olunub.


ETİHİ Şəki Şəhər Komitəsi olaraq Kəmalə Qaziyevanı 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: