“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Dahi Liderin Anım günü

09/12/2025, 22:18
xeber1

Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi tərəfindən anım tədbiri təşkil edilmişdir. Tədbir Komitənin sədri Elvira Əfəndiyevanın rəhbərliyi ilə, bir qrup veteran və qazi, həmçinin rayonun ümumtəhsil müəssisələrinin direktorlarının iştirakı ilə həyata keçirilmişdir.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Ağstafada ucaldılmış abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad olunmuş, abidə önünə gül dəstələri qoyulmuşdur. Tədbir zamanı Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurulması, inkişaf etdirilməsi və təhsilin prioritet sahə kimi formalaşdırılmasında göstərdiyi misilsiz xidmətlər xüsusi vurğulanmışdır.

Ziyarətin davamı olaraq nümayəndə heyəti Heydər Əliyev Mərkəzinə baş çəkmiş, burada Ulu Öndərin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini və həyat yolunu əks etdirən ekspozisiyalarla tanış olmuşdur. Mərkəzin əməkdaşları tərəfindən iştirakçılara geniş məlumat verilmiş, Heydər Əliyev ideyalarının bu gün də ölkəmizin inkişafının əsas istiqamətlərini müəyyənləşdirdiyi qeyd olunmuşdur.

Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolunu xatırladaraq onun siyasi kursunun bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Anım tədbiri həm milli irsə hörmətin, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində əhəmiyyətli bir fəaliyyət kimi dəyərləndirilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: