Xəbərlər
Dahi şairimiz Səməd Vurğunun 120 illik yubleyi adını daşıdığı şəhər 2 nömrəli məktəbdə tənətnə ilə qeyd edildi.

Qazaxda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib Qazax rayonunda Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə silsilə tədbirlər çərçivəsində “Adını daşıdığımız zirvə: Səməd Vurğun – 120” adlı tədbir keçirilib. Tədbir Qazax Rayon İcra Hakimiyyəti, Qazax–Tovuz Regional Təhsil İdarəsi və ETİHİ Qazax RK-nın birgə təşkilatçılığı ilə baş tutub.
Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, şəhid ailələri, qazilər, təhsil və mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə şairin həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib, daha sonra Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin, həmçinin şəhidlərin xatirəsi ehtiramla yad olunub. Tədbir çərçivəsində Səməd Vurğuna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxışlarda Səməd Vurğunun Azərbaycan ədəbiyyatında tutduğu müstəsna mövqe, onun zəngin ədəbi irsi və milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu xüsusi vurğulanıb.
Tədbir şagirdlərin iştirakı ilə hazırlanan ədəbi-bədii kompozisiyalarla davam edib.








