“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Daşkəsən rayon Təhsil Sektoruna aid olan bir sıra ümumtəhsil məktəblərinin şagirdləri müalicə və müayinə olunması barədə

12/06/2026, 15:01
xeber1

İyunun 11-dən Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin və ETİHİ Daşkəsən rayon komitəsinin dəstəyi ilə “Həmkardan həmkara qayğı ilə!“ layihəsinə əsasən yüksək ixtisaslı həkim heyəti tərəfindən vətəndaşların tibbi müayinəsinə start verilib. Layihə çərçivəsində sakinlərə uroloq, endokrinoloq, nevropatoloq, kardioloq, dermatoloq, uşaq-nevropatoloq müayinələri aparılır, ilkin tibbi baxış keçirilir və zəruri hallarda əlavə müayinələrə və ixtisaslaşmış müalicəyə yönləndirmə edilib və Daşkəsən rayon Təhsil Sektoruna aid olan bir sıra ümumtəhsil məktəblərinin şagirdləri müalicə və müayinə olunmuşdur.   Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması məqsədi daşıyan müayinələr ödənişsiz həyata keçirilir. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: