Xəbərlər
Daşkəsəndə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan minifutbol üzrə rayon turniri keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Daşkəsən Dəmir Filiz” MMC-nin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Daşkəsən rayon komitəsinin, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Daşkəsən rayon komitəsinin və “Araz Supermarket” MMC-nin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan Daşkəsən rayonunun idarə, müəssisə və təşkilatları arasında keçirilən minifutbol üzrə rayon turniri” yekunlaşıb tədbirdə ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov da iştirak etmişdi.Yarışlar yüksək idman ruhu, sağlam rəqabət və ədalətli mübarizə şəraitində keçirilib. Turnirdə 16 komanda 4 yarımqrupda qalib adı uğrunda mübarizə aparıb. Final mərhələsində "Star Mining" MMC komandası “AzerGold” QSC komandasını məğlub edərək rayon turnirinin qalibi olub. “Qərbi Azərbaycan” komandası isə üçüncü yerə layiq görülüb. Daha sonra I, II və III yerləri tutmuş komandaların üzvlərinə Daşkəsən Rayon İcra Hakimiyyətinin kubokları, medalları, diplomları və qiymətli hədiyyələri təqdim olunub. Həmçinin turnirin təşkilində fəallıq göstərmiş bir qrup şəxs fəxri fərmanla təltif edilib. Tədbir Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Daşkəsən rayon komitəsinin təşkilatçılığı ilə hazırlanmış konsert proqramı ilə davam edib, xoş ovqat bəxş edən vətənpərvərlik mövzusunda musiqilər və ifalar səsləndirilib.












