Xəbərlər
“Daxilimdəki Güc” adlı seminar.
20/05/2025, 21:45

Bu gün, 20 may 2025-ci il tarixində, saat 14:00-da Bakı Şəhər Gənclər və İdman İdarəsində Bilalova Xanım Rauf qızının təqdimatında “Daxilimdəki Güc” adlı seminar uğurla baş tutdu!
Seminar iştirakçılar üçün öz potensiallarını kəşf etməyə, daxili güclərini tanımağa və şəxsi inkişaf yolunda motivasiya tapmağa böyük imkan yaratdı. Dəyərli fikirləri və enerjisi ilə iştirakçılara ilham verən Bilalova xanıma təşəkkür edirik! Gələcəkdə daha çox belə maarifləndirici və motivasiyaedici tədbirlərdə görüşmək ümidi ilə!





