“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü qeyd olundu

12/12/2025, 16:25
xeber1

Bərdə Təhsil İctimaiyyəti Ümummilli Lider Heydər Əliyevin Xatirəsini Dərin Ehtiramla Anıb

12 Dekabr – Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür. Bu əlamətdar gündə Bərdə rayon ictimaiyyəti, Liderin dövlətçilik yoluna sədaqətin və onun xatirəsinə olan böyük ehtiramın ifadəsi olaraq abidəsini ziyarət edib.

Ziyarətdə ETİHİ Bərdə Rayon Komitəsinin Sədri Misir Ənvərli, habelə rayon ərazisində çalışan təhsil işçiləri, məktəb direktorları iştirak ediblər.

Bütün iştirakçılar Ulu Öndərin həyat və fəaliyyət yolunu dərin minnətdarlıqla yad edərək, dahi rəhbərin abidəsi önünə tər çiçəklər düzüblər. Bu anım ziyarəti, Heydər Əliyev ideyalarının və Azərbaycan dövlətçiliyinin təməlinin gənc nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ümummilli Liderin xatirəsi hər zaman qəlblərimizdə yaşayacaqdır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: