“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Dəliməmmədli şəhər körpələr evi-uşaq bağçasının kollektivi üçün Qəbələ rayonuna ekskursiya təşkil olunub.

22/06/2026, 21:49
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 20 iyun 2026-cı il tarixində Goranboy rayon Dəliməmmədli şəhər körpələr evi-uşaq bağçasının kollektivi üçün Qəbələ rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında ünsiyyət və həmrəyliyin daha da möhkəmləndirilməsi, eləcə də ölkəmizin füsunkar bölgələrinin təbii və turizm imkanları ilə yaxından tanışlıq olub. Səfər çərçivəsində iştirakçılar Qəbələ rayonunun görməli və istirahət məkanlarını ziyarət edib, xüsusilə rayonun ecazkar lavanda sahələrində olaraq bənövşəyi çiçəklərin yaratdığı gözəl mənzərələri seyr ediblər. Bununla yanaşı, kollektiv üzvləri rayonun zəngin təbiəti ilə yaxından tanış olaraq xoş və yaddaqalan anlar yaşayıblar. Birgünlük ekskursiya iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların səmərəli istirahətinin təşkili, kollektiv ruhunun daha da gücləndirilməsi baxımından əhəmiyyətli olub. Səfər iştirakçılarda xoş təəssüratlar yaradaraq yadda qalan xatirələrlə müşayiət olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: