Xəbərlər
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup təhsilalanları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən “Təhsil İstirahət Mərkəzi”ində təşkil olunmuş yay düşərgəsində iştirak ediblər.
12/09/2025, 17:00

Yay düşərgəsi çərçivəsində təhsilalanlar üçün asudə vaxtın səmərəli təşkili, komanda ruhunun gücləndirilməsi və sosial bacarıqların inkişafına yönəlmiş müxtəlif maarifləndirici və əyləncəli tədbirlər keçirilmişdir. Təhsilalanlar üçün yaradılmış şərait onların istirahətinin səmərəli və yaddaqalan keçməsinə imkan yaratmışdır.









