Xəbərlər
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə “Adlı təqaüd” təqdim olunmuşdur

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində ümumilikdə 308 nəfər tələbəyə “Adlı təqaüd” təqdim edilmişdir. Təqaüd alan tələbələrdən 8 nəfəri Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri olmuşdur. Bu, mərkəzin tələbələrinin təhsildə və ictimai fəallıqda əldə etdikləri nailiyyətlərin göstəricisidir.
Tədbirin keçirilməsinə və tələbələrə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarına dərin təşəkkürümüzü bildiririk. Bu cür təşəbbüslər gənclərin motivasiyasının artırılmasına və peşə təhsilinin inkişafına mühüm töhfə verir.





